Hollivud ulduzu Bred Pitt Los- Ancelesdəki villasını həmkarı Ostin Batlerə 5,2 milyon dollara satıb.
Kulis.az xəbər verir ki, bu barədə “Hello!” jurnalı məlumat yayıb. Satış məşhur aktyorun həmin villasının iyun ayında qarət olunmasından təxminən üç ay sonra baş tutub.
Qeyd edək ki, Bred Pitt bir müddət öncə Hollivudda gücləndirilmiş mühafizə ilə təmin olunan 12 milyon dollarlıq yeni mülk alıb.