EN

“Mən çox razıyam” - Pep Qvardiolanın ürəyi yerinə gəldi

“Mançester Siti” UEFA Çempionlar Liqasının ilk turunda evdə “Napoli” üzərində 2:0 hesablı qələbə qazanıb.

Qonaqlar ilk hissədə azlıqda qalıb. Bundan sonra meydan sahibləri ikinci hissədə üstünlüyünü dəyərləndirərək iki qol vurub. “Şəhərlilər”in qollarını Erlinq Haland və Ceremi Doku vurub.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Napoli” üzərindəki qələbə ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis çox razı olduğunu deyib:

“Son iki oyunda komandamız tamamilə başqa görkəm alıb: oyunçular həm müdafiədə, həm də hücumda soyuqqanlıdır, bədən dili hər şeyi deyir.

Mən çox razıyam. “Arsenal”la qarşılaşmaya bu əhval-ruhiyyədə getmək xoşdur”.

“Arsenal” – “Mançester Siti” matçı sentyabrın 21-də Londonda keçiriləcək.

Chosen
21
sportinfo.az

1Sources