Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı işğalını dəstəkləyən Gürcüstana bağlı şəxslərə qarşı yeni sanksiyalar elan edib.
Editor.az xəbər verir ki, bu barədə məlumat rəsmi olaraq Böyük Britaniya hökumətinin saytında yayımlanıb.
Press-relizdə qeyd olunur ki, “Rusiya hərbi potensialı zəiflədikcə, Kremlin üçüncü ölkələrdəki vasitəçilərdən, o cümlədən Gürcüstandan öz hərbi və propagandist əməliyyatlarını dəstəkləmək üçün istifadə etdiyi müşahidə olunur.”
Yeni sanksiyalar həmin şəxslərin Böyük Britaniyaya girişi məhdudlaşdırılmasını və maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.
//Samir Qurbanov, Editor.az