EN

Rusiya Ədliyyə Nazirliyi Z-blogger Alexini xarici agent elan edib...

...Sentyabrın 19-da Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin reyestrini yeniləyərək beş yeni maddə əlavə edib.

SİA xəbər verir ki,bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Siyahıya Z-blogger və Kursk vilayətinin qubernatorunun keçmiş müşaviri Roman Alexin dı daxildir.

Sentyabrda Shot və Mash Telegram kanalları Alexinin Ukraynaya qarşı müharibədə döyüşənlər üçün tibbi ləvazimatlar üçün toplanmış vəsaitləri yumuş ola biləcəyinə dair şübhələr bildirmişdi.

İnternetdə onun naməlum şəxslərlə maliyyə məsələlərini müzakirə etdiyini göstərən videolar yayılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, avqustun 22-də Rusiya Ədliyyə Nazirliyi “Vahid Rusiya”nın keçmiş baş ideoloqu Sergey Markovuda xarici agent elan edib.

Əli Babayev

Chosen
15
1
sia.az

2Sources