EN

Rusiya qırıcıları bu ölkənin hava məkanını pozdu

Estoniya Rusiyaya məxsus 3 "MiQ-31" qırıcısının ölkənin hava məkanını pozduğunu bəyan edib.

News24.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.

Qeyd olunur ki, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub.

Hadisə ilə bağlı Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notasının təqdim edilib.

Ölkənin xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, bu il Rusiya artıq dörd dəfə Estoniyanın hava məkanını pozub.


Chosen
103
14
news24.az

10Sources