EN

Zabratda yol dağılıb, düzəldən yoxdur: Avtomobillərə ziyan dəyir VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sabunçu-Zabrat yolunda asfalt örtüyü yararsız hala düşüb. Avtosfer.az-a daxil olan çoxsaylı şikayətlərə görə, “SOCAR” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra sağ zolaqda vəziyyət olduqca acınacaqlıdır.

Məlumata əsasən, həmin ərazidə dərin çuxurlar əmələ gəlib. Yolun vəziyyətindən xəbərdar olan sürücülər həmin çuxurlardan yan keçməyə çalışsalar da, ilk dəfə oradan keçənlər və ya diqqətsizlik edən sürücülər bu çuxurları görməyərək avtomobillərinə ciddi ziyan dəyir. Xüsusən də günün qaranlıq saatlarında, işıqlandırmanın zəif olması səbəbindən sürücülər çuxuru vaxtında görmədən ora düşür. Nəticədə təkərlərin sıradan çıxması, disklərin əyilməsi baş verir.

Avtosfer.az-a müraciət edən oxucular məsələni diqqətdə saxlamağı və problemin qısa zamanda həll edilməsini xahiş edirlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
avtosfer.az

1Sources