EN

Tramp və Si Cinpinin razılığıa gəliblər?

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutan telefon danışığı müsbət və konstruktiv məcrada keçib.

BAKU.WS xəbər verir ki, bu barədə Çin hökumətinin rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, tərəflər Çin–ABŞ münasibətlərinin hazırkı vəziyyəti, ticarət əlaqələri, iqtisadi əməkdaşlıq, eləcə də qlobal sabitlik məsələlərini müzakirə ediblər. Danışıqlar zamanı açıq və dərin fikir mübadiləsi aparılıb.

Si Cinpin vurğulayıb ki, Çin və ABŞ arasındakı münasibətlər həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, iki dövlət əməkdaşlığı davam etdirsə, yalnız özləri üçün deyil, bütün dünya üçün də ortaq rifah və sabitlik əldə edə bilərlər:

"Əgər Çin və ABŞ birlikdə işləsələr, uğur qazana, ortaq firavanlığa nail ola bilərlər. Bu, təkcə iki ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin xeyrinə olacaq".

Hər iki lider gərginliklərin idarə olunması və yeni münaqişələrin qarşısının alınması üçün dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Çin tərəfinin açıqlamasında danışıqların "pragmatik, pozitiv və konstruktiv" olduğu xüsusi vurğulanıb. Bu mövqe, son illərdə ticarət gərginlikləri və geosiyasi ziddiyyətlərlə müşahidə olunan Çin–ABŞ münasibətlərinin gələcəyi üçün mühüm siqnal hesab edilir.

Xatırladaq ki, ABŞ və Çin dünyanın ən böyük iqtisadiyyatlarıdır və iki ölkə arasında münasibətlər qlobal siyasətə, beynəlxalq ticarətə və təhlükəsizlik məsələlərinə ciddi təsir göstərir. Son illərdə texnologiya sahəsində rəqabət, Tayvan məsələsi, eləcə də Asiya-Sakit okean regionunda hərbi balansla bağlı fikir ayrılıqları tərəflər arasında gərginliyə səbəb olub.

Buna baxmayaraq, Tramp və Si Cinpinin son telefon danışığı münasibətlərin stabilləşdirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
1
baku.ws

2Sources