EN

Pakistan Səudiyyə Ərəbistanına nüvə potensialını təqdim etməyə hazırdır

Pakistanın nüvə potensialı, yaxın zamanda Səudiyyə Ərəbistanı ilə imzalanan qarşılıqlı müdafiə üzrə strateji saziş çərçivəsində istifadə oluna bilər.

Editor.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Havacə Asif Geo News telekanalına verdiyi müsahibədə bildirib.

Nazir bildirib: «Bizim potensialımız, şübhəsiz ki, bu saziş çərçivəsində istifadə oluna bilər».

Havacə Asif həmçinin digər ərəb ölkələrinin sazişdə iştirak imkanlarına da toxunub: «Mən konkret bir şey deyə bilmərəm, amma qeyd etməliyəm ki, qapılar açıqdır», – deyə o vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
12
editor.az

1Sources