EN

Sucuklu yumurta Ginnesin Rekordlar Kitabına düşüb




Afyonkarahisarda 25 kvadratmetrlik tavada bişmiş 1930 kiloqramlıq sucuklu yumurta Ginnesin Rekordlar Kitabına düşüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, 7-ci Gastro Afyon Festivalı çərçivəsində UNESCO-da qeydiyyatdan keçmiş qastronomiya şəhəri Afyonkarahisarın əsas məhsulu olan sucuklu yumurta üçün rekorda cəhd edilib.

Sucuklu yumurta 30 aşpazın hazırladığı 1 ton sucuk və 15 min yumurta olan 25 kvadratmetrlik nəhəng tavada Ginnesin Rekordlar Kitabına düşən Şeyda Subaşı Gemicinin nəzarəti altında bişirilib.

Əvvəlcə sucuqla bişmiş yumurtanın dadına baxan, sonra çəkisini ölçən Gemici, sucuqlu yumurtanın Ginnesin Rekordlar Kitabına düşdüyünü açıqlayıb.

Anar Əliyev
Chosen
25
1
newscenter.az

2Sources