EN

Bakıda Vətən müharibəsi iştirakçısı küçədə sevgilisini döydü

Bakıda Vətən müharibəsi iştirakçısı küçədə sevgilisini döyüb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

23 yaşlı Zəngilan rayon sakini Abasqulu Məlikov (soyad şərtidir) qeyri-rəsmi nikahla yaşadığı Samirə adlı qadınla Suraxanı rayonu Qaraçuxur qəsəbəsində restoranda yemək yeyib. Restorandan çıxandan sonra cütlük arasında mübahisə yaranıb. Lakin onlar Sabunçu rayonunda yaşadıqları mənzilə çatanda mübahisə yenidən alovlanıb. Bu zaman Abasqulu qadını vuraraq, yerə yıxıb, nəticədə ona xəsarət yetirib. Hadisə barədə zərərçəkənin anası polisə şikayət edib.

Buna görə də Abasqulu Məlikov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb.

Sabunçu rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə Abasqulu Məlikov 1000 manat məbləğində cərimələnib.


Chosen
67
2
news24.az

3Sources