EN

Sofi Laqut Bakı ilə Paris arasında əlaqələrin inkişafına töhfə vermək niyyətindədir

ain.az, Missiya.az portalına istinadən məlumat verir.

Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək niyyətində olduğunu bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla bugünkü görüşünü şərh edərkən yazıb.

Diplomat qeyd edib ki, bu gündən etibarən o, Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafı üzrə missiyasına başlayacaq.

"Nazir Ceyhun Bayramovla ilk görüşümdən sonra bu məqsədlərə çatmaq üçün Fransa səfirliyinin bütün kollektivi, Azərbaycandakı Fransız İnstitutu və ölkələrimiz arasında münasibətləri saxlayanların hər biri ilə işləməyə hazıram!", - o vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
2
missiya.az

3Sources