EN

Bakıda və bir neçə rayonda yaşıllıqlara 165 min manatdan çox ziyan vurulub

Son həftə ərzində Bakı şəhərində və ölkənin bir neçə rayonunda yaşıllıqlara külli miqdarda zərər vurulması faktları aşkar olunub.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Yevlax, Xaçmaz və Neftçala rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb.

Araşdırma zamanı Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Nəsimi rayonunun 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində, Yasamal rayonunun A.M.Şərifzadə küçəsi, 722 ünvanında, Yevlax rayonunun Hürüuşağı kəndi, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazilərində, eyni zamanda Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 165 min 260 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək.

Chosen
2
9
moderator.az

10Sources