EN

BOK İsrailin Olimpiadaya buraxılmamasını müzakirə etməyib - Prezident

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri BOK İcraiyyə Komitəsinin Qəzza zolağında davam edən hərbi əməliyyatlara görə İsrailin 2026-cı il Olimpiya Oyunlarından kənarlaşdırılması şərtlərini müzakirə etmədiyini təsdiqləyib.

İdman.biz bildirir ki, İtaliyada Olimpiada 2026-cı il fevralın 6-dan 23-dək keçiriləcək.

Hazırda Milanda BOK-un İcraiyyə Komitəsinin iclası keçirilir.

Koventri BOK prezidenti vəzifəsinə iyunun 23-də başlayıb.

İdman.biz

Chosen
56
1
idman.biz

2Sources