EN

Qorxulu proqnoz - "Qarabağ" üçün bundan sonrası daha çətin olacaq"

"Qarabağ"ın veteran qapıçısı Cahangir Həsənzadə Sportinfo.az-a açıqlama verib.

Təcrübəli futbol adamı Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsində "Benfika" üzərində əldə etdiyi parlaq qələbəni (3:2) şərh edib:

"Bu oyun barədə çox şey demək olar. "Benfika" kimi rəqibi ilk görüşdə və səfərdə məğlub etməklə "Qarabağ" gözləntilərin üstünə çıxmış oldu. Sözsüz ki, matçdan öncə bu vəziyyətə düşüb, ardınca da geridönüş edəcəyimizi təxmin etmək çətin idi. Bu cür nailiyyəti əldə etmək böyük güc tələb edir. Həm də komandamızın səviyyəsinin yüksək olmasını göstərir".

O, bu cür startdan sonra "köhlən atlar" üçün növbəti görüşlərin daha ağır keçəcəyinin mesajını verib:

"Bundan sonra "Qarabağ"dan daha böyük qələbələr gözləniləcək. Qurban Qurbanov da düzgün vurğuladı ki, digər rəqiblər komandamızı daha çox ciddiyə alacağı üçün işimiz bir qədər də çətin olacaq.

Bura Çempionlar Liqasındır. Bu mərhələdə zəif rəqib yoxdur. Ona görə də "Qarabağ"a qarşıdakı görüşlər ağır olacaq. Amma "Benfika" üzərindəki parlaq qələbənin gətirdiyi yüksək motivasiya ilə növbəti ev oyununda müsbət nəticə əldə olunacağına inanıram".

XANOĞLAN

Chosen
32
sportinfo.az

1Sources