EN

Abbasov: “Üzücü məğlubiyyət oldu”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əlbəttə üzücü məğlubiyyət oldu. Rəqibin gücünə bələd idik. Evdə daha yaxşı oynayırlar. Demək istərdim ki, uşaqlar yaxşı mübarizə apardılar. Sonda qalibiyyətimizi qorumağa konsentrasiyamız çatmadı. Bilirsiniz ki, biz də qısa vaxt ərzində çox çətin, gərgin oyunlar keçirtdik”.

Futbolpress.az xəbər verir ki, bunu “Şamaxı” futbol klubunun baş məşqçisi Ayxan Abbasov “Zirə” ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Məğlubiyyətə baxmayaraq komandasının apardığı mübarizədən razı qalan mütəxəssis gələcəyə nikbin baxdığını da vurğulayıb:

“Qalib gəlmək bizim üçün çox vacib idi amma yenə də bir oyunla heç nə bitmir. Bu cür oyunlar gənc futbolçularımız üçün çox vacib olmalıdır. Onlar ruhdan düşməməlidilər, çalışıb daha çox inkişaf etməlidilər. Gələn oyuna hazırlaşmalıyıq”.

Qeyd edək ki, Premyer Liqanın V turunda “Zirə”nin qonağı olan Şamaxı təmsilçisi 1:2 hesabıyla məğlub olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
futbolpress.az

1Sources