EN

Qarabağın oyunçusu UEFA nın simvolik yığmasında

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

UEFA rəsmi sosial media hesabında Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ümumi mərhələsinin ilk turunun ən yaxşı oyunçularından ibarət simvolik komandasını açıqlayıb.

Adalet.az xəbər verir ki, komandanın heyətinə "Qarabağ"ın oyunçusu Pedro Bikalyo da daxil edilib.

Komandanın heyəti belədir:

Qapıçı: Jeronimo Rulyi (Marsel).

Müdafiəçilər: Markos Lorente (“Atletiko Madrid”), Vircil van Deyk (“Liverpul”), Derrik Lukassen (“Pafos”), Yussufa Mioqqi (“Slaviya” Praqa).

Yarımmüdafiəçilər: Markus Reşford (“Barselona”), Hans Vanaken (“Brügge”), Pedro Bikalyo (“Qarabağ”), Fransisko Trinçao (“Sportinq” Lissabon).

Hücumçular: Markus Türam (“İnter”), Harri Keyn (“Bavariya”).

Bu mərhələdə keçirdiyi oyunda "Qarabağ" klubu səfərdə "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. UEFA tərəfindən həmin görüşün ən yaxşı oyunçusu Pedro Bikalyo seçilib.

Hazırda Çempionlar Liqasının qalibi "Pari Sen-Jermen" komandasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
4
adalet.az

10Sources