EN

Rusiya XİN: BAEA-nın Zaporojye AES-ə əlavə tələbləri qəbuledilməzdir

Beynəlxalq Atom Enerjisi üzrə Agentliyinin (BAEA) Zaporojye AES-lə bağlı tələbləri qəbuledilməzdir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

"Biz vurğulayırıq ki, Zaporojye AES-də BAEA-nın missiyası yoxdur. Agentliyin Katibliyinin əməkdaşlarından ibarət qrup ölkəmizin dəvəti ilə zavoddadır. Onların əsas vəzifəsi Kiyevin stansiyaya və ona bitişik obyektlərə qarşı təxribatlarını sənədləşdirməkdir. BAEA katibliyinin Zaporijye AES-dəki nümayəndələrinə yalnız Rusiya tərəfinin faydalı hesab etdiyi zavod və binalara giriş icazəsi verilir. Bununla bağlı Agentliyin hər hansı əlavə tələbləri qəbuledilməzdir".

Chosen
18
2
teleqraf.com

3Sources