EN

Tez-tez rast gəlinən bir vərdiş cütlükləri bədbəxt edir: Psixoloq səbəbi açıqladı

Cütlükdə kimin daha çox səy göstərdiyini hesablamaq vərdişi münasibətlərin pisləşməsinin əsas səbəblərindən biridir. Buna "hesab aparmaq" da deyilir.

HİT.az xəbər verir ki, "Forbes" jurnalında yazdığı kolonkasında amerikalı psixoloq Mark Traversin sözlərinə görə, belə yanaşma tərəfdaşları daim kimin daha çox qazandığını, axırıncı yeməyi kimin bişirdiyini və ya uşaqların tərbiyəsində kimin daha çox səy göstərdiyini qiymətləndirməyə məcbur edir. Bu, nəinki tərəfdaşları, həm də nəticədə bütövlükdə münasibətləri yorur.

13 il davam edən və yeddi mindən çox cütlüyü əhatə edən "Pay Me Back" (Mənə Qaytar) tədqiqatı sübut edib ki, "mübadilə yönümlülüyü" nə qədər güclü olarsa, münasibətlərdən razılıq səviyyəsi bir o qədər aşağı olur. Üstəlik, bu tendensiya təkcə qısa müddətdə deyil, həm də illərlə davam edərək möhkəmlənir.

Kommunal münasibətlər: Belə cütlərdə tərəfdaşlar gizli motivlər və hesablamalar olmadan bir-birinə verir və dəstəkləyirlər. Onlar səmimiyyət və sevgidən ötrü, əvəz almaq üçün yox, qayğı göstərirlər. Əgər kimsə axşam yeməyi bişirirsə, o, digərinin bunu neçə dəfə etdiyini saymır - bunu sadəcə kömək etmək istəyindən və ya tərəfdaşının hazırda bunu edə bilməməsi səbəbindən edir və əvəzində heç nə gözləmir.

Mübadilə münasibətləri: Burada qarşılıqlı əlaqə daha çox biznes sövdələşməsinə bənzəyir. Tərəfdaşlar kimin nə etdiyini diqqətlə izləyir və əvəz, ədalət və ya heç olmasa tanınma gözləyirlər. Hər hansı bir hərəkət hər kəsin başında və ya hətta əslində apardığı "borc və xidmətlər balansına" daxil edilir.

"Borclar" barədə daimi xatırlatmalar isti münasibətləri kalkulyatorla ədalətli olmağın daha vacib olduyu bir yarışa çevirir. Nəticədə gərginlik, incidilmiş hisslər və qiymətləndirilməmə hissi artır.

Psixoloq qeyd edir ki, tədqiqatın nəticələri müsbət bir məqamı da göstərdi. Yaş və təcrübə ilə bir çox cütlük hesab aparmaqdan uzaqlaşır və daha çevik olur. "Hər şey bərabər olmalıdır" prinsipinə inadla yapışanlar isə münasibətlərdən aldıqlı zövqü itirir və daha tez-tez özgərəsmə hissi keçirirlər.

Xatırladaq ki, əvvəllər fəlsəfə doktoru Şona Sprincer, münasibətləri pozmağa başlamazdan əvvəl qısqanclığın səbəblərini necə tapmağı və onunla necə məşğul olmağı məsləhət görüb.

Samir
 

Chosen
11
hit.az

1Sources