EN

Honkonqda həyəcan SİQNALI

Ajans.az Çinin Honkonq Xüsusi İnzibati Bölgəsində bomba tapılıb. Ərazidəki 6 min insan təxliyə edilib. Səlahiyyətlilər vəziyyətin çox təhlükəli olduğunu bildiriblər. Yerli polisdən verilən açıqlamaya görə, partlamamış bomba günorta saatlarında Honkonqun Şərq Bölgəsinin Quarry Bay bölgəsindəki Pan Hoi küçəsində tikinti sahəsində tapılıb. Bombanın partlama riski ilə əlaqədar, zərərsizləşdirmə əməliyyatları başlamazdan əvvəl ətrafdakı 18 binanın təxminən 6000 sakinindən yerli vaxtla saat 23:00-a qədər evlərini və ofislərini boşaltmaları istənilib. 1,5 metr uzunluğunda, təxminən 45 kiloqram ağırlığında olan bombanın ABŞ Ordusuna məxsus İkinci Dünya Müharibəsi zamanı partlamamış bomba olduğu müəyyən edilib. Şərq Bölgəsi Polis Baş Müfəttişi Endi Çan, "Bombanın işlək və son dərəcə təhlükəli olduğunu təxmin edirik. Buna görə də onu yerində atmaq qərarına gəldik. Bombanın çıxarılması riski yüksək olanda təxliyə planını həyata keçirməli olduq" deyə qeyd edib.  Çan eyni zamanda bildirib ki, evakuasiya başa çatdıqdan və ətraf ərazi təhlükəsizliyə qovuşduqdan sonra bomba zərərsizləşdirmə qrupları səhər saat 2:00-da zərərsizləşdirmə əməliyyatlarına başlayacaq. Onlar bombanı 12 saat ərzində zərərsizləşdirməyə ümid edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
39
Ajans.az

1Sources