BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Tramp yenə də Azərbaycan və Ermənistanın adlarını səhv salıb.
"Biz Abərbaycanla Albaniya arasında məsələni həlli etdik", Birləşmiş Ştatlar Prezidenti bunu Böyük Britaniyaya səfəri zamanı, mətbuat konfransında deyib.
O, artıq neçənci dəfədir ki, bu iki ölkənin adını qarışdırır.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bundan narahat olmadığını bildirib, Ermənistan mediası yazır.
Paşinyanın deyib ki, hər bir ölkənin lideri səhv edə və imkan düşən kimi səhvini düzəldə də bilər.
Britaniyada Azərbaycanla Ermənistan arasında vasitəçilyindən danışan Tramp bunları da deyib:
"Yadınızdadır, Baş nazir və Prezident mənim ofisimdə olanda, Oval ofisdə bir birlərindən çox uzaqda oturmuşdular. Belə də uzaqlıq olar. Bir saat vaxt keçirəndən sonra onlar başladılar bir birlərinə yaxınlaşmağa. Görüşümüz başa çatanda bir birimizi qucaqladıq. Biri dedi ki, mən 22 ildir ki, hakimiyyətdəyəm və işim-gücüm ancaq onların xalqını öldürmək olub. Digəri isə 7 ildir hakimiyyətdəri, o da ancaq o biri xalqı qırmaqla məşğul olub. Biz bu məsələni həll etdik".
Videoya YouTube kanalımızda baxın.