EN

Tramp şahzadə Harrini və həyat yoldaşını alçaldıb - KİV

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri zamanı şahzadə Harri və Meqan Marklı ictimaiyyət qarşısında aşağılayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Rəsmi ziyafətdə Amerika lideri Britaniya monarxı ilə görüşün böyük şərəf olduğunu bildirib. O, həmçinin Şahzadə Uilyam kimi gözəl bir oğul böyütdüyü üçün Kral III Çarlzı tərifləyib.

Çoxları bunu Britaniya kralının digər oğlu Şahzadə Harriyə birbaşa təhqir kimi qəbul edib. Prezidentin şərhinə cavab olaraq şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın mətbuata verdiyi müsahibədə Trampı açıq “qadın düşməni” və “parçalayıcı fiqur” adlandırması vəziyyəti daha da ağırlaşdırıb. ABŞ-yə köçən şahzadə və həyat yoldaşı tez-tez “anti-Tramp” mövqe tutduqlarını açıqlayıblar, lakin Amerika liderinin nalayiq ifadələrinə hələ cavab verməyiblər.

QAZİLER.AZ

Chosen
2
qaziler.az

1Sources