EN

20 yaşlı futbolçu üçün 20 milyon avro

PSJ “San Paulu”dan Lukas Beraldonu transfer etməyə hazırlaşır. Tərəflər arasında danışıqlar uğurla davam edir.

Futbolinfo.az xəbər verir ki, Braziliya klubu 20 yaşlı futbolçu üçün 20 milyon avro, üstəlik 25 milyon avro bonus tələb edir. Fransa çempionu isə bonusların yarısını verməyə razıdır.

Futbolçunun özünə gəlincə, o, artıq şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Klublar anlaşsa, mərkəz müdafiəçisi uzunmüddətli anlaşmaya imza atacaq.

Chosen
489
14
futbolinfo.az

10Sources