Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Simonyanın göyərtəsində olduğu təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Onun 19-21 sentyabr tarixləri arasında Bakıda olacağı bildirilir.