EN

Yeməkdən sonra dərhal yatmağın fəsadları açıqlandı

Yeməkdən dərhal sonra uzanmaq orqanizm üçün təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə qastroenteroloq və qidalanma mütəxəssisi, Pirogov Universitetinin baş müəllimi Ekaterina Titova TASS-a açıqlamasında xəbərdarlıq edib. Onun sözlərinə görə, yeməklə yuxu arasında ən azı 2-3 saatlıq fasilə saxlanmalıdır.

Mütəxəssisin sözlərinə görə, yeməkdən sonra tez yatmaq hiatal yırtığın yaranmasına, sfinkter və qida borusunun fəaliyyətində pozulmalara səbəb ola bilər. Bu isə mədə yanması, narahatlıq və digər xoşagəlməz həzm problemləri ilə müşayiət olunur.

Titova axşam yeməyindən sonra bir qədər gəzməyi, işlə məşğul olmağı və ya yüngül gəzintiyə çıxmağı tövsiyə edib. O, xüsusilə axşam saatlarında bu qaydaya əməl etməyin vacibliyini vurğulayıb.

Həkimin sözlərinə görə, yeməkdən sonra güclü yuxululuq hissi bəzən yorğunluq, yuxusuzluq və ya mədə-bağırsaq problemlərindən xəbər verə bilər. Ağır yeməklər – yağlı və zülal baxımından zəngin qidalar da bu vəziyyəti gücləndirə bilər.

Bundan əlavə, yeməkdən dərhal sonra idmanla məşğul olmaq da tövsiyə olunmur. Çünki bu zaman qarın və döş boşluğunda təzyiq artır və orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
6
e-saglam.az

1Sources