NATO-nun Qrenlandiyadakı təlimləri Arktikada qarşıdurmanın artmasına və vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin bildirib. O qeyd edib ki, “Arctic Light 2025” təlimləri Şimali Atlantika və Arktikada təhdidlərə cavab vermək üçün birgə imkanları sınaqdan keçirib.
“Əvvəllər Qrenlandiyada keçirilən təlimlər axtarış-xilasetmə əməliyyatlarına yönəlmişdi. İndi isə onların hərbi istiqamətləri var”, - Barbin vurğulayıb.
O qeyd edib ki, bu təlimləri keçirməklə Kopenhagen “Arktika və Qrenlandiyanı NATO-nun məsuliyyət dairəsinə daxil etmək niyyətini açıq şəkildə nümayiş etdirib”.
QAZİLER.AZ