EN

“APL itkilərə görə qlobal bazara təsir edir”

La Liqa prezidenti Xavyer Tebas İspaniya klublarında maaş tavanının tətbiqinə həsr olunmuş mətbuat konfransında çıxış edib və yerli çempionatı İngiltərə Premyer Liqası ilə müqayisə edib.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" funksionerin fikirlərini belə çatdırıb:

“APL elə qurulub ki, itkilidir və bu, Avropanın qalan hissəsində inflyasiya təsiri yaradır. Burada söhbət sərmayədən yox, məhz itkilərdən gedir. Transferlərin effektivliyinə baxsaq, bizim klublar Almaniya komandaları ilə birlikdə ən yaxşı nəticələr göstərir. İngiltərədə çox alırlar, amma ulduz oyunçuları əldə edə bilmirlər”

Konfransın sonunda o, bu vəziyyətdən narahat olmadığını qeyd edib, çünki Avropanın əsas trofeyləri əksər hallarda İspaniyaya gedir, İngiltərəyə deyil.

Chosen
8
90deqiqe.az

1Sources