İsrailin Qətərə hücumundan sonra bölgədə hərbi vəziyyət daha da gərginləşib.
News24.az xəbər verir ki, “Eurasian Times” qəzetinin yayımladığı təhlilə görə, Təl-Əviv ötən həftə Barak MX hava hücumundan müdafiə sistemlərini gizli şəkildə Cənubi Kiprə göndərib. Bu, 2024-cü ilin dekabrında adaya çatdırılan ilk partiyadan sonra ikinci göndərişdir.
2018-ci ildə təqdim edilən Barak MX kompleksi qısa, orta və uzunmənzilli raketlərdən ibarət dörd variantı ilə çoxsəviyyəli müdafiə imkanı yaradır. Sistem 150 km-ə qədər mənzilə malik olmaqla 460 km-lik müşahidə radiusu hesabına Türkiyənin hava məkanının əhəmiyyətli hissəsini nəzarətdə saxlaya bilir.
Yerli mediada yayılan məlumatlara görə, sistem Limassol limanı vasitəsilə ölkəyə gətirilib və Papafosdakı Andreas Papandreu hava bazasında quraşdırılması nəzərdə tutulur. Sosial şəbəkələrdə yük maşınlarının arxasında gizlədilmiş hərbi texnikanın görüntüləri də yayılıb.
İrəliləyişlər fonunda İsrailin keçmiş rəsmisi, xarici əlaqələr üzrə vitse-prezidenti olmuş Shay Gal qalmaqallı açıqlama verib. O, İsrailin Şimali Kiprə qarşı hərbi planlar hazırlaması lazım olduğunu iddia edib.
Aqil