EN

Almaniya yığmasının 37 yaşlı futbolçusu karyerasını başa vurdu

Jerom Boatenq karyerasını başa vurduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, son klubu Avstriyanın LASK komandası olan 37 yaşlı Boatenq sosiaş şəbəkələrdə bunları qeyd edib:

"Ailə. Dostlar. Azarkeşlər. Zaman yetişdi".

Jerom ən çox "Bavariya"dakı çıxışları ilə tanınır. O, Münhen təmsilçisinin heyətində 363 oyun keçirib, 10 qol vurub və 25 asist edib. Onunla birlikdə 25 titul qazanıb, o cümlədən 9 Bundesliqa və 2 Çempionlar Liqası çempionluğu.

Boatenq həmçinin "Hamburq", "Herta", "Mançester Siti", "Lion", "Salernitana" klublarında və Almaniya yığmasında çıxış edib. Millinin heyətində dünya çempionu olub.

saytlarin hazirlanmasi

Chosen
63
sportal.az

1Sources