ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Gürcüstanın Marneuli şəhərində Orxan Piriyev adlı azərbaycanlı gürcü dilini bilmədiyi üçün şillələnib.
Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə "Melody" şirniyyat mağazasında baş verib.
Marneuli Bələdiyyə Məclisi sədrinin müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani mağazada satıcıdan gürcü dilində danışmağı tələb edib. Lakin azərbaycanlı gürcü dilini bilmədiyinə görə Mamuka Qiqani ona şillə vurub. Bu zaman ətrafdakılarla onun arasında qarşıdurma yaşanıb.
Mamuka Qiqani polis bölməsinə aparılıb.
Məlumata görə, azərbaycanlı 3 gündür, orada işləyir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.