EN

ABŞ və Suriya Dəməşqin kürdlərlə razılaşmalarını müzakirə ediblər

BAKI, 20 sentyabr. TELEQRAF

ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau və Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani terrorizmə qarşı mübarizəni və kürd birləşmələrinin ərəb respublikasının ordusuna daxil olmasını nəzərdə tutan razılaşmaların yerinə yetirilməsini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqottun yazılı bəyanatında deyilir.

O bildirib ki, Vaşinqtonda keçirilən məsləhətləşmələrin əsas mövzuları Suriyanın gələcəyi, İsrail və Suriya arasında münasibətlər, eləcə də Suriya ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyası arasında 10 mart tarixli razılaşmaların yerinə yetirilməsi olub. Görüşdə həmçinin ABŞ-nin bu ölkə üzrə xüsusi nümayəndəsi Tom Barrak da iştirak edib.

Landau vurğulayıb ki, "Prezident Trampın sanksiyaların ləğvi barədə elan etməsindən sonra Suriya dinc, firavan və suveren dövlət qurmaq üçün tarixi fürsət əldə edib.

Chosen
55
teleqraf.com

1Sources