EN

“Qarabağ”ın rəqibinin futbolçusu Səudiyyə Ərəbistanına gedir?

“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyezanın İngiltərə klubundan ayrılması ehtimal olaraq qalır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçunun bu ay “qırmızılar”ı tərk etmək imkanı var.

Səudiyyə Ərəbistanı çempionatında transfer pəncərəsi 23 sentyabra qədər açıqdır.

“Beşiktaş” vingerlə maraqlansa da, “Liverpul”la anlaşa bilməyib.

Eyni zamanda, bu yay İtaliya A Seriyasından bəzi klublar Kyezanı transfer etmək istəsə də, İngiltərə təmsilçisi futbolçunu komandanı tərk etməməsi üçün razı salıb. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.

“Liverpul” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Chosen
54
sportinfo.az

1Sources