EN

Eynulla Fətullayev Ukraynanın, Sevil Nuriyeva Rusiyanın tərəfində... -“SÖZ HAQQI”nda NÖVBƏTİ KRİTİKGEOSİYASİ MÜBAHİSƏ

Azərbaycanlı tanınmış jurnalistlər - rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev və Türkiyənin “Türkiyə” qəzetinin (Türkiyə Prezidentinin mətbuat qrupuna daxildir) köşə yazarı Sevil Nuriyeva İstanbul studiyasında debatlarını davam etdirirlər. 

 

Senzor.az xatırladır ki, onlar bu yaxınlarda İstanbuldan “Söz haqqı” verilişinə start verən podkast yayımına başlayıblar.

 

Jurnalistlər bu dəfə Rusiya-Ukrayna müharibəsinin mənşəyini, kim haqlıdır - kim haqsız, baş verənlər Bakıdan və Türkiyədən necə görünür, bu krizisdə Azərbaycanın yeri və rolu nə olmalıdır və s. məsələləri müzakirə edirlər. Əgər E.Fətullayev Rusiyanın Ukraynadakı işğalçılıq siyasətini ifşa edərək, Kremli regionu neosovetləşdirməyə cəhd etməkdə və region ölkələrinə qarşı təcavüzkar siyasət yürütməkdə ittiham edirsə, Sevil Nuriyeva ittihamları rədd edərək, kollektiv Qərb ölkələrinin Rusiyaya qarşı imperialist müharibəsi apardığını, "Ukrayna poliqonu" yaratmaqla onun regiona təsirini azaltmağa və heçə endirməyə çalışdıqlarını bildirir.

 

Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq, onların kritik mübahisələrinin videosunu öz oxucularına təqdim edir.

 

Yeri gəlmişkən, onu da xatırladaq ki, jurnalistlər növbəti verilişlərdə Türkiyə  siyasi elitasının tanınmış nümayəndələrinin iştirakını da planlaşdırırlar…

 

İzləyin...

Chosen
22
senzor.az

1Sources