EN

Avropada istilər 24 min insanın ölümünə səbəb olub

Avropada yayıllan istilər 24.400 nəfərin həyatına son qoyub. İmperial College London və London School of Hygiene & Tropical Medicine tərəfindən aparılan araşdırmaya görə, istilərdən ən çox zərər çəkən ölkələrdən biri Yunanıstan olub. Burada 808 nəfər ölüb, onların 630-u paytaxt Afinada qeydə alınıb.

News24.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, iqlim böhranı istiliyi 3,6°C-yə qədər artıraraq əlavə 16.500 ölümə səbəb olub. Bu da ümumi ölüm hallarının 68 faizinin iqlim dəyişikliyi ilə əlaqəli olduğunu göstərir.

Araşdırma Avropanın 854 şəhərində aparılıb və istilərin insan həyatı üçün artan təhlükə yaratdığını ortaya qoyub. Ümumilikdə, iqlim dəyişikliyinin təsirləri ilə bağlı narahatlıqlar daha da güclənib.

Xeyrənsə Piriyeva

Chosen
64
news24.az

1Sources