EN

Marko: "Bakıda sübut edə bilərik ki, Montsa təsadüf deyil"

"Red Bull" komandasının avtoidman məsləhətçisi Helmut Marko Avstriya komandasının Azərbaycan Qran-prisində perspektivlərindən danışıb.

İdman.biz bildirir ki, Marko komandanın İtaliya Qran-prisindəki uğurunu təkrar edəcəyinə ümid edir.

"Uzun məsafələrda hər şey ümidverici görünür. Düşünürəm ki, biz liderlik uğrunda mübarizə aparmağa hazırıq. Təsnifat dövrəsində saniyənin onda, bəlkə də onda birini tapmaq lazımdır, bu, bəzi tənzimləmələrlə mümkündür.

Burada Montsanın təsadüf olmadığını sübut edə bilərik. Sabah təsnifat mərhələsində ilk üçlükdə olacağımıza əminəm. Bu o deməkdir ki, biz yarışda da qələbə üçün mübarizə apara bilərik. Avtomobilin daha geniş imkanlar pəncərəsi var və onu ayarlamaq daha asan olub. Beləliklə, şübhəsiz ki, biz irəliyə doğru bir addım atmışıq”, - "GPBlog" Markodan sitat gətirir.

İdman.biz

Chosen
38
idman.biz

1Sources