EN

Gəncədə qəza baş verib - Xəsarət alanlar var

GƏNCƏ, 20 sentyabr. TELEQRAF

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2004-cü il təvəllüdlü Rövşən Zalov və 2003-cü il təvəllüdlü Sənan Allahverdiyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

İlkin məlumata görə, adıçəkilən şəxslər iki avtomobilin toqquşması nəticəsində xəsarət alıblar.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Chosen
70
2
teleqraf.com

3Sources