EN

İrakli Kobaxidze müxalifət daxilindəkifikir ayrılıqları haqda:

Ölkədə radikal müxalifətin daxilində fikir ayrılıqları var. Onlar ictimaiyyətə tamam fərqli mesajlar verirlər və bunların hamısı bizim üçün sərfəlidir. Çünki bu onları tam parçalanmağa aparır. Biz də bundan istifadə edərək, son nəticədə ictimaiyyəti və ölkəni sakitləşdirə biləcəyik.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət düşərgəsindəki parçalanmanı şərh edərkən deyib.

 

Hökumət başçısının fikrincə, bu, düzgün prosesdir və son nəticədə hökuməti ölkəni sakitləşdirməyə aparacaq. “Bu, bizim vəzifəmizdir və bunu asanlaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik" , – deyə Kobaxidze vurğulayıb.

Chosen
20
3
senzor.az

4Sources