EN

ABŞ-də helikopter qəzası baş verdi - Dörd hərbçi öldü

BAKI, 20 sentyabr. TELEQRAF

ABŞ-nin Vaşinqton ştatında helikopterin qəzaya uğraması nəticəsində dörd hərbçi ölüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığının məlumatında deyilir.

Helikopterin 17 sentyabr axşam saatlarında “adi təlim uçuşu” həyata keçirdiyi və Lyuis-Makkord hərbi bazasının yaxınlığında olduğu bildirilir. Helikopterin göyərtəsində dörd nəfər olub, onların adları hələlik açıqlanmır. Qəzanın səbəbləri müəyyən edilməyib.

Chosen
36
teleqraf.com

1Sources