EN

Arxeoloqlar qədim insanların Afrikadan Avropaya köçünün Türkiyədən keçdiyini müəyyən etdilər

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Arxeoloqlar qədim insanların Afrikadan Avropaya köçünün Türkiyə üzərindən keçdiyini müəyyən ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Popular Science" nəşrində məqalə dərc olunub.

Qeyd olunur ki, bunu Türkiyənin Ayvalık sahilində tapılan 138 daş əşya göstərir.

Əvvəllər elm adamları hesab edirdilər ki, ilk "Homo Sapiens" Afrikadan Yaxın Şərqə köç edib, sonra isə Balkanlara çatıb. Türk alimlərinin tapıntıları sübut edib ki, alternativ marşrut - Türkiyəni Avropa ilə birləşdirən quru yoludur.

Ayvalığın Egey sahili bu gün adalar və yarımadalardan ibarətdir, lakin Pleystosen və ya Buz dövründə hər şey fərqli olub. Dəniz səviyyəsi indikindən təxminən 100 metr aşağı idi və Antalya ilə cənub-şərqi Avropa arasında quru körpüsü mövcud olub.

Burada tapılan 138 artefakt arasında kərki, əl baltaları və yonulmuş daşdan hazırlanmış alətlər var. Bu cür texnologiyalar həm neandertallara, həm də erkən "Homo Sapiens"lərə xas olub və onların regionda mövcudluğunu sübut edir.

"Nəticələr təsdiqləyir ki, heç vaxt paleolit ​​potensialına görə tədqiq edilməyən Ayvalık erkən insan fəaliyyətinin əsas mühitlərini özündə qoruyub saxlayır", - deyə məqalənin həmmüəllifi Göknur Karahan araşdırmanın nəticələrini şərh edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
oxu.az

1Sources