EN

İsrailin Qəzzada məktəbə zərbə endirdi - İki uşaq həlak oldu

BAKI, 20 sentyabr. TELEQRAF

İsrailin Qəzza şəhərindəki Əl-Muatasim məktəbinə endirdiyi zərbə nəticəsində iki fələstinli uşaq həlak olub, bir neçə məktəbli isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin “Al Masirah” televiziya kanalı məlumat yayıb.

Bu məktəbdə məcburi köçkünlərin sığınacaq tapdığı bildirilir.

Bundan əlavə, kanalın məlumatına görə, Qəzzanın cənub-qərbində yaşayış evinə atəş açılması nəticəsində səkkiz nəfər öldürülüb. İsrail Hərbi Hava Qüvvələri həmçinin Qəzza İslam Universitetinin yanında yerləşən məcburi köçkünlərin çadır düşərgəsinə zərbə endirib ki, bu da altı nəfərin yaralanmasına səbəb olub.

Ümumilikdə, son sutka ərzində Qəzza zolağında 43 nəfər həlak olub ki, bunun 26 nəfəri anklavın eyniadlı inzibati mərkəzinin payına düşür.

Chosen
9
teleqraf.com

1Sources