EN

Alimlər disleksiya ilə bağlı 13 yeni genetik bölgə aşkar ediblər

Bakı. Trend:

Alimlər disleksiya ilə bağlı ən böyük genetik tədqiqatda 13 yeniDNT bölgəsi müəyyən ediblər. Disleksiya insanların oxumaq vəyazmaqda çətinlik yaşadığı neyroinkişaf vəziyyətidir və dünya üzrəəhalinin təxminən 5-10 faizinə təsir edir. Əkizlər üzərindəaparılan araşdırmalar göstərir ki, disleksiya qismən irsi olur,yəni nənə-babalardan miras qala bilər.

Trend-inməlumatına görə, bu barədə “MedicalXpress” portalı xəbər verib.

Məlumata əsasən, Edinburq Universiteti və Maks PlankPsixolinqvistika İnstitutunun tədqiqatçıları 1,2 milyondan çoxinsanın genetik məlumatlarını analiz edərək disleksiyanın genetikəsaslarını araşdırıblar. Onlar “GenLang” konsorsiumu və “23andMe”şirkətinin məlumatlarını birləşdirərək oxuma qabiliyyəti vədisleksiya diaqnozunu eyni anda təhlil ediblər. Nəticədə 80 genetikbölgə disleksiya ilə əlaqəli tapılıb, bunlardan 36-sı əvvəllərqeydə alınmamışdı və 13-ü tamamilə yeni olaraq müəyyən edilib. Bugenlərin çoxu erkən beyin inkişafı mərhələlərində aktiv olur vəsinapsların qurulmasında rol oynayır.

Tədqiqatçılar poligenik indeks vasitəsilə oxuma çətinlikləriniproqnozlaşdırmaq mümkün olduğunu göstəriblər. Bununla yanaşı,disleksiyanın genetik dəyişikliklərinə son təkamül seçiminin təsiretmədiyi aşkarlanıb. Gələcək araşdırmalarda alimlər disleksiya iləəlaqəli genlərin digər neyroinkişaf pozğunluqları ilə ortaqolub-olmadığını və genetik riskin həyat boyu təhsil, karyera vəpsixi sağlamlığa necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.

Chosen
40
4
az.trend.az

5Sources