EN

Kosmosda ilk konserti verməkdən imtina etdi - Səbəbi bu imiş

Məşhur müğənni Ed Şiran kosmosda ilk konsert verən şəxs olmaq təklifini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə o, "BBC Radio 2"yə verdiyi müsahibədə bildirib.

Britaniyalı musiqiçi kosmosa uçmaqdan qorxduğunu etiraf edib.

“Mən kosmosa ancaq bu, Fransaya getmək kimi adi hala çevrildikdə, 40 min nəfər artıq bu uçuşu etdikdə və sadəcə onlayn bilet almaq mümkün olduqda getmək istəyirəm", - deyə müğənni qeyd edib.

Chosen
17
publika.az

1Sources