ABŞ Prezidenti Donald Tramp bu ölkədə daimi yaşamaq hüququ əldə etmək istəyənlər üçün "Tramp Qızıl Kart" proqramının yaradılması haqqında Sərəncam imzalayıb.
Xezerxeber.az-ın məlumatına əsasən, kart fiziki şəxslər üçün 1 milyon dollara, korporasiyalar üçün 2 milyon dollara təqdim ediləcək. Həmçinin proqram çərçivəsində “Platinum Kart" da təqdim edilir.
Bu kartın qiyməti 5 milyon dollar olacaq və sahiblərinə ABŞ-dən kənarda əldə edilən gəlirlərdən vergi tutulmadan ildə 270 günə qədər ABŞ-də qalmaq imkanı verəcək.
İmzalanma zamanı ticarət katibi Hovard Lutnik yeni proqram çərçivəsində büdcəyə 100 milyard dollardan çox vəsaitin cəlb ediləcəyini bildirib.