EN

Ukraynanın əhalisi günü-gündən azalır

Ukrayna əhalisinin sayı 28,7 milyon nəfərə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidməti məlumat yayıb. 

"2025-ci il üçün yaşayış yeri haqqında rəsmi məlumat təqdim edənlərin ümumi sayı 28,7 milyon nəfərdir ", - hesabatda qeyd olunub. 

Bildirilir ki, ən azı 3,7 milyon vətəndaş məcburi köçkündür: "Onlar ölkəni tərk etməyiblər, lakin cəbhəyanı ərazilərdən qaçıblar", - Xidmət vurğulayıb. 

Məlumata görə, Ukraynada ölüm nisbətinin doğum nisbətini təxminən 10 dəfə üstələyib. Son üç ildə 10 milyon insan ölkəni tərk edib.

Chosen
32
2
unikal.az

3Sources