EN

Rusiya Dnepropetrovskni vurdu, ölən var - Foto

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Dövlət Administrasiyasının sədri Sergey Lısak məlumat yayıb.

"Yaralıların əksəriyyətinin vəziyyəti orta ağırdır və xəstəxanaya yerləşdirilib. Bir nəfərin vəziyyəti ağırdır", - Lısak bildirib.

Dnepr və ətraf ərazilərdə bir neçə yanğının baş verdiyi bildirilir. Çoxmərtəbəli binaya, fərdi evlərə, yardımçı tikililərə və qarajlara, sənaye obyektlərinə ziyan dəyib.

Chosen
10
8
axar.az

10Sources