EN

Trampın"The New York Times"15 milyard dollarlıq iddiası rədd ediblib

Ajans.az xəbər verir ki,bu barədə “USA Today” nəşri məlumat yayıb. Məhkəmənin qərarına əsasən, Trampın şikayəti hüquqi baxımdan əsaslı olmadığı üçün işin yekunlaşdırılması üçün kifayət etmir. Bununla belə, məhkəmə Trampa iddianın yenidən işlənmiş variantını təqdim etmək üçün 28 gün möhlət verib. İddiada qeyd olunub ki, qəzetin bir neçə materialı, o cümlədən 2024-cü il prezident seçkiləri ərəfəsində yayımlanan və Trampı “vəzifəyə yararsız” kimi qələmə verən redaksiya məqaləsi, habelə Penguin nəşriyyatı tərəfindən çap olunan “Happy Loser: Donald Trump Atasının sərvətini necə israf etdi və uğur illüziyasını yaratdı” adlı kitab Trampın reputasiyasına ciddi zərbə vurub. "The New York Times" rəhbərliyi məhkəmənin qərarını alqışlayıb və mətbuat azadlığının müdafiəsi baxımından önəmli addım kimi dəyərləndirib.

 

Chosen
19
Ajans.az

1Sources