EN

Avropada qazın qiyməti aşağı düşüb

Müəllif:Müehin Qasımova,Banco.az

Avropada qazın qiyməti aşağı düşüb.

Banco.az xəbər verir ki, Londonun ICE birjasında qazın qiyməti min kubmetr üçün 392,7 dollara qədər geriləyib.

Hollandiyanın TTF mərkəzi indeksində də yanacağın qiymətlərində eniş qeydə alınıb. Belə ki, oktyabr fyuçersləri 398,90 dollardan açılıb, 400,70 dollara yüksəlsə də, daha sonra 390,50 dollara (2,9 faiz azalma) enib. Ardınca qiymətlər 392,70 dollar səviyyəsində sabitləşib.

Qeyd edək ki, Avropa Komissarı Dan Yorgensen Rusiya qazının idxalına tam qadağa qoyulması ilə bağlı təklif irəli sürüb. Hazırda Aİ-də bu məsələnin araşdırıldığı bildirilir.

Eyni zamanda, “Qazprom”un baş direktoru Aleksey Miller bir daha xəbərdarlıq edib ki, Rusiya qazı olmadan Avropanı ciddi enerji böhranı gözləyə bilər.

Rəqəmlərə görə, iyul ayında Aİ ölkələri Rusiya boru kəməri qazı üçün cəmi 338 milyon avro ödəyib ki, bu da 1999-cu ilin oktyabrından bəri ən aşağı göstəricidir. Rusiyadan ümumi qaz idxalı (mayeləşdirilmiş təbii qaz daxil olmaqla) isə 995 milyon avroya çatıb. Ən çox alıcı ölkələr sırasında Macarıstan (183 milyon avro) və Yunanıstan (111 milyon avro) ilk yerləri tutub.

Chosen
22
banco.az

1Sources