BAKI, 20 sentyabr. TELEQRAF
“Maklaren” komandasının pilotu Lando Norris Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı törətdiyi qəzanı şərh edib.
Teleqraf xəbər verir ki, britaniyalı sürücü bu barədə “Crash”ə açıqlama verib.
“Qəzaya qədər özümü əla hiss edirdim. Amma heç nə etməməkdənsə, limiti tapmaq üçün cəhd etmək daha yaxşıdır. Daha yüksək yanacaq yükü ilə bir neçə dövrə vurmaq istəyirdim, xüsusən də keçən ilkindən daha yumşaq təkərlərlə. Bakı trası keçən ildən çox fərqlidir. İndi yumşaq təkərlərin sayəsində bura daha sürətli olub. Ümumi götürsək, yürüş həm mənim üçün, həm də komanda yoldaşım Oskar Piastri üçün gərgin keçdi. Deyəsən, onun bolidində bəzi kiçik problemlər var. Biz növbəti günlərdə nəyi düzəldə biləcəyimizi təhlil etməliyik”, - deyə Norris bildirib.
Qeyd edək ki, Lando Norris Azərbaycan Qran-Prisinin ilk günündə keçirilən birinci sərbəst yürüşdə finişi hamıdan qabaq, ikinci yürüşdə isə 10-cu keçib.