EN

"Bu torpaqlardan biz birdəfəlik seperatizmin kökünü kəsdik" - Deputat

"Torpaqlarımızın işğaldan azad olunması bu müqəddəs məkanlara yeni nəfəs verdi. 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günlərinin təsis edilməsi uzun və məşəqqətli 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"44 günlük Vətən müharibəsindən sonra seperatçı qüvvələrin yenidən revanşizmə meyllənməsi dinc sakinlərimizə qarşı təxribatlara yol verməsi, əlbəttə bağışlana bilməzdi. Güclü ordumuz Ali baş Komandanın rəhbərliyi altında antiterror əməliyyatı keçirməklə seperatçıların başını əzdi. 30 illik həsrətimiz  sona çatdı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu torpaqlardan biz birdəfəlik seperatizmin kökünü kəsdik. Əlbəttə bu qələbəylə biz nəinki Azərbaycan həmçinin Cənubi Qafqaza sülh gətirdik. Bu gün Qarabağımızda necə gözəl işlər görülür. Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. Gənclərimiz burada təhsil alır. Xankəndi artıq elm və təhsil ocağıdır. Bu baxımdan 20 sentyabr bizim üçün olduqca əlamətdar bir gündür. Çünki şər yuvasını dağıdıb orada dədə baba torpaqlarımızda cənnət yaratdıq”.
Chosen
45
25
7news.az

10Sources