EN

11 ildən sonra Vaşinqtonda Suriya bayrağı qaldırıldı FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin paytaxtı Vaşinqtonda Suriyanın 2014-cü ildə bağlanan səfirliyində 11 ildən sonra ilk dəfə bayraq qaldırma mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, mərasimdə iştirak edən Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani Suriya Ərəb Respublikasının bayrağını qaldıraraq bunu "Suriyanın beynəlxalq legitimliyinin və diplomatik mövcudluğunun təsdiqi" adlandırıb.

O, 14 ildir davam edən vətəndaş müharibəsinin yaratdığı fəsadlara toxunaraq, hadisəni "tarixi an" kimi qiymətləndirib.

ABŞ-də yaşayan Suriya əsilli icma üzvləri də mərasimə qatılıb. Dəməşq əsilli Raghad Bushnaq bunu "təsəvvür olunmaz bir an" adlandıraraq, "Axırıncı dəfə burada olanda insanlar üzlərini gizlədirdilər. İndi xoşbəxtik. Suriyada azadlığın iyini hiss edirsən" deyib.

O, Türkiyəyə və dəstək göstərən bütün ölkələrə təşəkkürünü bildirib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
2
news.milli.az

3Sources