EN

Milli komandanın sabiq baş məşqçisi istefaya göndərildi

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Robert Prosineçki istefaya göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssisi bu postda onun köməkçisi Mirko Vuçiniç əvəzləyib. 41 yaşlı baş məşqçi ilə müddəti 2025-ci ilin sonuna qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, Robert Prosineçki 2024-cü ildən Monteneqro seçməsinə rəhbərlik edirdi. O, 2014-2017-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
2
metbuat.az

3Sources